AMEC - korporativ sosial məsuliyyətini dərindən dərk edən bir şirkət olaraq, ölkəmizin sosial həyatında fəal iştirak edir, həyata keçirilən mühüm sosial-iqtisadi layihələrə layiqli töhfələr verir. Cinsindən, irqindən, dinindən, milli mənsubiyyətindən və siyasi baxışlarından asılı olmayaraq, bütün işçilərə bərabər karyera inkişafı imkanları yaradılır və karyera yüksəlişinə yönəlmiş təşəbbüslər göstərilir. AMEC üçün ədalət və bərabərlik prinsipləri mühüm əhəmiyyət kəsb edir, bu səbəbdən Şirkətdə gənclərin və həssas qrupların işə cəlb olunması üçün təşəbbüslər davamlı olaraq göstərilir.