Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə daim diqqət və qayğı göstərilməlidi.
07 noyabr 2022-ci il tarixində AMEC ailəsi Vətən Müharibəsi şəhidləri Emin Ağazadə və Məmmədiyə Cabbarzadənin ailəsində olmuş, onların problem və qayğıları ilə maraqlanmışlardı. Şəhidlərimizin ailə üzvlərinə başsağlığı verərək xalqımızın onlar kimi igidlərlə qürur duyduqlarını qeyd edərək hər zaman yanlarında olduqlarını bildirmişlərdi.
Allah bütün şəhidlərimizə rəhmət etsin. Amin!