Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
AMEC şirkətinin əməkdaşları iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Gününün bağlı Xırdalanda müxtəlif yaşlı uşaqlardan ibarət Qadın və Uşaq Sığınacaq evini ziyarət ediblər. Şirkətin əsas məqsədi məişət zorakılığından əziyyət çəkmiş, valideyn himayəsindən məhrum olmuş qadın və uşaqların ehtiyac və arzularına diqqət yetirmək, aparılan sovqatlarla onları sevindirməkdir.
AMEC şirkəti Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində ardicil olaraq belə növ tədbirlər həyata keçirir.