Xocalı soyqırımı erməni millətçiləri tərəfindən təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı xüsusi amansızlıqla törədilmiş ən ağır və dəhşətli faciələrdən biridir.
Unutmadıq, unutmayacağıq, tarixin yaddaşında həmişə ucaldacağıq!
AMEC şirkətinin əməkdaşları da Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Xırdalan şəhərində yerləşən, zorakılığa məruz qalan qadın və müxtəlif yaşlı uşaqlardan ibarət Qadın və Uşaq Sığınacaq evini ziyarət ediblər. Şirkətin əsas məqsədi məişət zorakılığından əziyyət çəkmiş, valideyn himayəsindən məhrum olmuş qadın və uşaqların ehtiyac və arzularına diqqət yetirmək, aparılan sovqatlarla onları sevindirməkdir.
AMEC şirkəti Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində ardicil olaraq belə növ tədbirlər həyata keçirir.