28 fevral 2023-cü il tarixində AMEC şirkətinin direktoru Rəşad Şəkərov “Caspian Energy Forum Tbilisi” tədbirində iştirak edib.
Forumun əsas məqsədi yaşıl enerji, rəqəmsal inkişaf, Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin gücləndirilməsi və dayanıqlı biznes modellərinin qurulması olub.
AMEC şirkətinin qarşıya qoyduğu əsas hədəflərindən birinin “Yaşıl enerji” siyasətinin inkişaf etdirilməsi siyasəti olmasını nəzərə alaraq Rəşad Şəkərov tədbir zamanı bir sıra qarşılıqlı müzakirələrdə iştirak edib, fikir mübadiləsi aparıb.
Forumun son günündə tədbir iştirakçıları Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşərək maraqlı müzakirələr aparıblar.