AMEC şirkəti 4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində 1C010 saylı stendi ilə iştirak etdi.
Şirkətin fəaliyyətini əks etdirən stend sərgi iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Stend qarşısında Şirkətin rəhbərliyi ilə bir çox görüşlər keçirildi, fikir mübadiləsi aparıldı və bir sıra şirkətlə gələcək əməkdaşlıq və layihələr barədə müzakirələr edildi.
AMEC şirkəti gəmi yoxlamaları, dəniz işləri və mühəndislik üzrə konsultasiya, dəniz layihələrinin hazırlanması və idarə olunması istiqamətində 2014-cü ildən Neft və Qaz sahəsində fəaliyyət göstərən Azərbaycanda analoqu olmayan milli şirkətdir və müştərilərə çoxprofilli və yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun xidmətlər göstərir.
AMEC öz fəaliyyəti sahəsi üzrə Xəzər Neft və Qaz Sərgisində bu günədək təmsil olunmuş yeganə yerli şirkətdir.