31-may -2 iyun tarixlərində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçiriləcək. AMEC şirkəti də bu sərgidə 1C022 saylı stendi ilə iştirak edəcək.
AMEC şirkəti gəmi yoxlamaları, dəniz işləri və mühəndislik üzrə konsultasiya, dəniz layihələrinin hazırlanması və idarə olunması istiqamətində 2014-cü ildən Neft və Qaz sahəsində fəaliyyət göstərən Azərbaycanda analoqu olmayan milli şirkətdir və müştərilərə çoxprofilli və yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun xidmətlər göstərir.
AMEC öz fəaliyyəti sahəsi üzrə Xəzər Neft və Qaz Sərgisində bu günədək təmsil olunacaq yeganə yerli şirkətdir.