AMEC şirkəti 30 may-2 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 28-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində 1C022 saylı stendi ilə iştirak etdi.
Şirkətin fəaliyyətini əks etdirən stend iştirakçılar və qonaqlar tərəfindən çox maraqla qarşılandı. Stend qarşısında Şirkətin rəhbərliyi ilə bir sıra görüşlər keçirildi, fikir mübadiləsi aparıldı və bir neçə şirkətlə gələcək əməkdaşlıq və layihələr barədə müzakirələr aparıldı.
AMEC şirkəti gəmi yoxlamaları, dəniz işləri və mühəndislik üzrə konsultasiya, dəniz layihələrinin hazırlanması və idarə olunması istiqamətində 2014-cü ildən Neft və Qaz sahəsində fəaliyyət göstərən Azərbaycanda analoqu olmayan milli şirkətdir və müştərilərə çoxprofilli və yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun xidmətlər göstərir.
AMEC öz fəaliyyəti sahəsi üzrə Xəzər Neft və Qaz Sərgisində bu günədək təmsil olunmuş yeganə yerli şirkətdir.