Vakansiya: SƏTƏMM üzrə mütəxəssis
İş şərtləri
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 5 günü;
• İş saatı: 09.00-18.00;
• Əmək haqqı müsahibə əsasında;
• İş yeri Bayılda yerləşir;
• Nahar və nəqliyyat xərci qarşılanır;
Tələblər:
- 3-5 ilədək uyğun sahədə iş təcrübəsi;
- FHN şəhadətnamə və müvafiq SƏTƏM üzrə sertifikatlar
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları)
- İşinə məsuliyyətli yanaşma.
- Rəhbərliyin verdiyi aidiyyatı tapşırıqların yerinə yetirilməsi və hesabatların mütamadi olaraq təqdim edilməsi ;
- Hesabatların hazırlanması və təqdim edilməsi;
- AR qanunvericiliyə uyğun rəsmiləşdirilmə;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla) və İngilis (əla).
- Kollektivdə işləmək bacarığı.
- Ali texniki təhsil;
Vəzifələr:
- Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi
- Buraxılış və obyektdaxili rejim qaydalarına əməl olunmasının təmin edilməsi
- Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
- Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası
- Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
- Təhlükəsizliyin yoxlanılması və risk qiymətləndirmələrin aparılması;
- Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və yeniləmək;
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeydlər etmək və dərhal məlumat vermək;
- İşçilərə təhlükəsizlik siyasətinin əhəmiyyətini bildirmək və ona əməl olunmasına nəzarət etmək;
- Təhlükəsizliyə dair yeni və davamlı təlim tələblərini müəyyənləşdirmək, bütün təlimlərin vaxtında nəzərdən keçirilməsinə və təmin edilməsinə nəzarət etmək;
- Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;