AMEC 4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirələcək 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edəcək.
AMEC şirkətlər qrupu gəmi yoxlamaları, dəniz işləri və mühəndislik üzrə konsultasiya, dəniz layihələrinin hazırlanması və idarə olunması istiqamətində 2014-cü ildən Neft və Qaz sahəsində fəaliyyət göstərən Azərbaycanda analoqu olmayan milli şirkətdir. AMEC müştərilərinə çoxprofilli və yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun xidmətlər göstərir.
Qeyd edək ki, AMEC öz fəaliyyət sahəsi üzrə Xəzər Neft və Qaz Sərgisində bu günədək təmsil olunacaq yeganə yerli şirkətdir.