Azərbaycanın İsraillə münasibətləri hər sahədə qarşılıqlı faydaya əsaslanır. Son dövrlərdə, xüsusilə II Dağlıq Qarabağ müharibəsindən sonra İsrailin Azərbaycanın bir çox sahələrinə yatırım layihələri ilə gəlməsi gözlənilir. Bunlar ölkədə yeni texnologiyaya əsaslanan, innovasiya yönümlü sənaye sahələrinin və təsərrüfatın inkişafına dəstək verə bilər.
AMEC şirkəti də öz növbəsində İsrail şirkətləri ilə əməkdaşlıq üçün bir sıra innovativ layihələrin üzərində işləyir. 15.01.2023-cü il tarixində AMEC-in direktoru Rəşad Şəkərov İsraildə Dağ Yəhudiləri İcmasının sədri, ravin Şmuel Simantov ilə görüşərək qeyd olunan layihələr haqda müzakirələr apardı.
Qeyd etmək istəyirik ki, 2014-cü ildən etibarən fəaliyyət göstərən AMEC bütün növ gəmi yoxlamaları, gəmi və dəniz mühəndisliyi, dəniz layihələrinin idarə olunması, layihələr üçün tələb olunan gəmilərin icarəsi və idarəçiliyi, gəmiçilik və dəniz sahəsində tikinti işləri üzrə bütün növ əməliyyatları həyata keçirir.